İbrahimoviç: "Futbolla vidalaşa bilərdim"

6 aydan çox müddətdə yaşıl meydanlardan kənarda qalan Zlatan İbrahimoviç İngiltərə Premyer Liqasının ötən turunda "Nyukasl"la görüşdə meydana çıxıb. SportLine.az xəbər verir ki, oyundan sonra goal.com-un suallarını cavablandıran isveçli hücumçu zədəsinin çox ciddi olduğunu deyib:

"Vəziyyətim insanların bildiyindən daha qəliz idi. Problem təkcə dizimlə bağlı deyildi. Hətta futbolla vidalaşa bilərdim. Amma bu barədə danışmaq istəmirəm, şəxsi məsələ kimi qalması daha yaxşı olar".

Meydana qayıtmağı səbrsizliklə gözlənidiyi deyən Z.İbrahimoviç, "Bu müddət ərzində hər gün planla işlədim. Həkim və məşqçilərin bütün tapşırıqlarını yerinə yetirdim. Hər gün 5-6 saat məşq etdim. Futbol qayıtmağımda əsas rolu əzmkarlığım oynadı", - deyib.

Qeyd edək ki, Z.İbrahimov "Mançester Yunayted" forması ilə 28 qola imza atıb.