İbrahimoviç Maradonanın komandasına gətirilir

“Napoli ” də Zlatan İbrahimoviçin ovuna çıxıb. SportLine.az Sport Mediasetə istinadən xəbər verir ki, klubun sahibi Aurelio de Laurentis isveçli forvardı Neapola gətirmək niyyətindədir. Artıq neapollular Zlatanın agenti ilə danışıqlara başlayıblar. İtaliyalılar 34 yaşlı futbolçuya mövsümə 8 milyon avro dəyərində iki illik müqavilə təklif ediblər. “Napoli” çempion olsa, bu məbləğə daha 2 milyon əlavə ediləcək. Xatırladaq ki, İbrahimoviçin “PSJ” ilə müqaviləsi bu yay başa çatır.