İbrahimoviç PSJ-yə qələbə qazandırdı

Fransa "I Liqa"sında 23-cü tur yekunlaşıb. SportLine.az xəbər verir ki, turun son oyununda "Sent-Etyen" və PSJ komandaları üz-üzə gəlib.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmada qalib ikinci hissədə müəyyənləşib. Zlatan İbrahimoviçin qolları paytaxt təmsilçisinə qələbə qazandırıb.

31 yanvar 2016
"I Liqa", 23-cü tur


"Sent-Etyen" - PSJ - 0:2
QOLLAR:
İbrahimoviç, 62 (0:1); İbrahimoviç, 90 (0:2)