İbrahimoviçdən "Milan" açıqlaması

Zlatan İbrahimoviç "Milan"dakı gələcəyi ilə sualı cavablandırıb.

Sportline.az xəbər verir ki, isveçli forvard bu barədə “Football Italia”ya açıqlama verib.

"Mən Zlatanam, məsuliyyət hiss edirəm və özümü lider hiss edirəm. "Milan" heyran qaldığım yeganə komandadır. Mən bu komandaya nəsə vermək istəyirəm, bələdçi olmaq istəyirəm.

Növbəti mövsümdə "Milan"da qalacağammı? Bilmirəm, görərik. Əgər Paolo Maldini istəsə, onda hazıram”, - İbrahimoviç deyib.

Xatırladaq ki, İbrahimoviçin "Milan"la müqaviləsi iyunun 30-da başa çatacaq. O, cari mövsümdə “qırmızı-qaralar”ın heyətində 21 görüşdə iştirak edərək, 16 qol vurub və 2 məhsuldar ötürmə edib.