İbrahimoviçin kabab keyfi

Koronavirusa görə çempionatlarda yaranan fasilədən istifadə edərək, ölkəsi İsveçə yollanan "Milan"ın ulduzu Zlatan İbrahimoviç, iftar süfrəsində qonaq olub.
 
Sportline.az xəbər verir ki, hücumçu "Hammrbü"nün oruc tutan futbolçuları Abdul Xalili və Muammer Tankoviçlə birlikdə iftar süfrəsinə əyləşib.
 
Stokholmda olan bir türk restoranına gedən hər 3 futbolçu türk yeməklərinin də dadına baxıb. Adana kababı və ayrana üstünlük verən İbrahimoviç, ardından çay içməyi də yaddan çıxarmayıb. 
 
Xatırladaq ki, isveçli ulduz,  "Hammarbü"nün səhmlərinin yarısına sahibdir.