İdman mediası adından hökumətə müraciət olunub
Son vaxtlar bütün dünyanı bürüyən koronavirus pandemiyası səbəbindən dövlətimiz öz vətəndaşlarını qorumaq üçün bir sıra mühüm addımlar atmaqdadır. Bu tədbirlər arasında şübhəsiz ki, ən önəmlisi karantin rejiminin tətbiqidir. Karantin müddətində ölkəmizdə, eləcə də dünyada bütün idman yarışlarının ləğvi və təxirə salınması idmanı işıqlandıran media qurumlarının da işini çətinləşdirib".
Sportline.az xəbər verir ki, bu fikirlər Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) Nazirlər Kabinetinə müraciətində yer alıb. Baş nazirə ünvanlanan məktubda qeyd edilib ki, hazırda kütləvi oxucu auditoriyasını itirən idman mediası maliyyə çətinliyi ilə üzləşməkdədir. Əməkdaşların əmək haqqını ödəməkdə çətinlik çəkən idman qəzetləri və saytlarının bu çətin dövrdə fəaliyyətini davam etdirməsi üçün Hökumətin dəstəyinə ehtiyac var.