İdmançılarımız lisenziya turnirində qüvvəsini sınayacaq

Azərbaycanın 3 ağırlıqqaldıranı dekabrın 19-da Qətərin paytaxtı Dohada start götürəcək VI Qətər Beynəlxalq Kubokunda iştirak edəcəklər.

Azərbaycan Ağır Atletika Federasiyasından Sportline.az-a verilən məlumata görə, 5 gün davam edəcək yarışda ölkəni qadınlarda Boyanka Kostova (59 kq), kişilərdə isə Nailxan Nəbiyev (96 kq) və Əliş Nəzərov (109 kq) təmsil edəcəklər.

Yarışda ədalət təmsilçisi olaraq beynəlxalq dərəcəli hakim Vahid Nəzərov iştirak edəcək.

Qeyd edək ki, Qətər Beynəlxalq Kuboku Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.