İdmançımız beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycan konkisürəni Vladimir Litvintsev Polşada keçirilən Torun Kubokunda qızıl medal qazanıb.

Bu barədə Sportline.az-a Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib. 

Onun sözlərinə görə, Litvintsev kişilərin fərdi yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.