İdmançımız dünya çempionatında gümüş medal qazandı

Qırğızıstanda keçirilən dünya çempionatında 86 bilyardçı sərbəst piramida növündə mübarizə aparıb.

Sportline.az xəbər verir ki, Azərbaycanı mötəbər yarışda 4 nəfər təmsil edib. Onlardan Vasif Məmmədov, Tofiq Quliyev və Seyhun Ağayev çıxışlarını erkən dayandırıb.

Uğurla çıxış edən Seymur Məmmədov isə finaladək irəliləyib. Həlledici görüşdə Rusiya idmançısı Semyen Zayçevlə üz-üzə gələn Məmmədov layiqli mübarizə aparsa da, sonuncu setdə daha dəqiq oynayan rəqibi qələbə qazanıb. Bununla da, Seymur Məmmədov gümüş mükafatla kifayətlənib.