İdmançımız iki il müddətinə cəzalandırıldı

Azərbaycan samboçusu Vüqar Şirinov 24 aylıq diskvalifikasiyaya məruz qalıb. 

Sportline.az Azərbaycan Milli Antidopinq Agentliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, buna idmançının orqanizmindən istifadəsi qadağan edilmiş furosemid maddəsi tapılması səbəb olub. 

İdmançıdan alınmış Nümunədə Qadağan edilmiş Maddə və ya onun Metabolit yaxud Markerlərinin mövcudluğu təsbit edilib.

Yanvarın 14-dən qüvvəyə minmiş cəza 14 yanvar 2022-ci ildə başa çatacaq.