İdmançımız Misirdən "gümüş"lə qayıdır

Azərbaycan ağırlıqqaldıranı Əliş Nəzərov Misirin paytaxtı Qahirədə keçirilən İslam Həmrəyliyi İdman Federasiyasının V çempionatında gümüş medal qazanıb.

SportLine.az xəbər verir ki, 102 kq çəki dərəcəsində yarışan idmançı 309 kq (142+167) nəticə ilə ikinci olub. 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda Azərbaycan yığma komandasının daha iki üzvü iştirak edib.

96 kq çəki dərəcəsində mübarizə aparan Nailxan Nəbiyev toplam 333 kq (146+187) nəticə ilə 6-cı, eyni çəkidə yarışan Kamran İsmayılov isə 325 kq (145+180) nəticə ilə 8-ci yeri tutub.