İdmançımız Qətərdə "bürünc" qazandı

Qətərin paytaxtı Dohada ağırlıqqaldırma üzrə 5-ci Beynəlxalq Qətər Kuboku start götürüb.

SportLine.az xəbər verir ki, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdə Azərbaycan yığmasının üzvləri də iştirak edirlər. Onlardan biri – Səbinə Əzimova körpücük üzərinə çıxıb. O, 55 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Əzimova birdən 74 kq, təkanla 92 kq-ı ram edib. Toplam 166 kq nəticə ilə o, bürünc medala sahib çıxıb.

Qeyd edək ki, Qətər Kubokunda Boyanka Kostova (59 kq) da mübarizə aparacaq.

Azərbaycan Ağıq Atletika Federasiyasının məlumatı