II Avropa Oyunlarına qatılacaq iştirakçıların sayı

“Minsk 2019” II Avropa Oyunlarına 3667 idmançı qatılacaq.

Sportline.az xəbər verir ki, bu barədə Oyunların koordinasiya komissiyasının katibi Spiros Kapralos bildirib.

Qeyd edək ki, II Avropa Oyunları 21 - 30 iyunda keçiriləcək. 15 növ üzrə 199 dəst medal uğrunda yarışlara 50 ölkənin idmançıları qatılacaq. 8 növ üzrə mübarizə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Azərbaycan Oyunlarda 82 idmançı ilə təmsil olunacaq.