III MDB Oyunları: Azərbaycan tennisçiləri finala vəsiqə qazanıb
Azərbaycanın stolüstü tennisçiləri III MDB Oyunlarında finala vəsiqə qazanıb.
Sportline.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə Adil Əhmədzadə və Onur Quluzadə ibarət komanda oğlanların qoşa yarışında Belarusa məğlub edib.
Təmsilçilərimiz rəqiblərini 3:0 hesabı ilə üstələyiblər.
Qeyd edək ki, stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.