III MDB Oyunları: Azərbaycanın stolüstü tennisçiləri gümüş medal qazanıb
III MDB Oyunları çərçivəsində keçirilən stolüstü tennisçilər arasında komanda yarışlarında Azərbaycanın oğlanlardan və qızlardan ibarət milliləri gümüş medal qazanıblar.
Sportline.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, hər iki komanda Rusiya millisinə uduzublar.
Həm oğlanlardan, həm də qızlardan ibarət komadalar rəqiblərinə 0:2 hesabı ilə məğlub olublar.
Qeyd edək ki, komanda, şəxsi, qoşa və qarışıq - qoşa növləri üzrə keçirilən stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.