III MDB Oyunları: Azərbaycanın stolüstü tennisçiləri yarımfinalda məğlub olub
III MDB Oyunları çərçivəsində Azərbaycanın stolüstü tennisçiləri Yağmur Məmmədli və Aylin Əsgərova qızların qoşa yarışında Belarusa məğlub olub.
Sportline.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə təmsilçilərimiz yarımfinalda rəqibinə 1:3 hesabı ilə uduzub.
Qeyd edək ki, stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.