İkardi İtaliya nəhənginə keçə bilər
"Qalatasaray"ın hücumçusu Mauro İkardi İtaliyanın “Yuventus” klubuna keçə bilər.
Sportline.az xəbər verir ki, bu xəbər son saatlarda gündəmə gəlib.
Argentinalı hücumçunun “Yuventus”a keçidinin trasnfer pəncərəsinin son anlarında reallaşa biləcəyi bildirilir.
Transfer üzrə ekspert Alfredo Pedullanın məlumatına görə, bu addım təsadüfi deyil.
Onun sözlərinə görə, “Yuventus”un baş məşqçisi Luçano Spalletti argentinalının xidmətində maraqlıdır.