İkardiyə İspaniya klubundan təklif var
"Qalatasaray"ın argentinalı futbolçusu Mauro İkardi mövsümün sonunda klubdan ayrıla bilər.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, İkardiyə İspaniya çempionatından təklif var. "Real Betis" klubunun rəhbərliyi 31 yaşlı futbolçunun xidmətində maraqlıdır.
İkardinin dəyəri "Transfermarkt" portalına görə 13 milyon avrodur.
Mauronun "Qalatasaray"la müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.
Qeyd edək ki, təcrübəli forvard zədə səbəbindən mövsümü erkən başa vurub.