AÇ: 3 güləşçimiz bürünc medal uğrunda yarışacaq

Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

SportLine.az xəbər verir ki, qitə birinciliyinin 2-ci günündə yunan-Roma güləşi yığmamızın son 3 üzvü mübarizəyə qoşulub. 

İslambek Dadov əvvəlcə Macarıstan, daha sonra isə Avstriya idmançısına rahat qalib gələrək adını yarımfinala yazdırıb.

Eltun Vəzirzadə ilk mərhələdə Xorvatiya təmsilçisini vaxtından əvvəl məğlubiyyətə uğradıb. Ardınca isə Rusiya nümayəndəsinə uduzub.

Mübarizəyə 1/4 finaldan başlayan Arif Niftullayev debütdə Almaniya güləşçisini üstələyib və yarımfinala yüksəlib.

Yarımfinal qarşılaşmaları axşam seansında baş tutub. Dadov Rusiya, Niftullayev isə Almaniya təmsilçisinə məğlub olub. İslambek və Arif martın 6-da bürünc medal uğrunda güləşəcək. Eltun Vəzirzadə isə təsəlliverici görüşə çıxacaq.

72 kq
Bürünc medal görüşü - İslambek Dadov - Stoyan Soyçev Kubatov (BUL) / Valeriu Toderean (MDA)
1/2 final - İslambek Dadov - Maqomed Yarbilov (RUS) 0:3
1/4 final - İslambek Dadov - Kristof Burqer (AUT) 9:0
1/8 final - İslambek Dadov - Oliver Kaytan (HUN) 8:0

82 kq
Təsəlliverici görüş - Eltun Vəzirzadə - Fabio Dietşe (AUT)
1/4 final - Eltun Vəzirzadə - Vaaq Marqaryan (RUS) 0:9
1/8 final - Eltun Vəzirzadə - Karlo Kodriç (CRO) 11:3

97 kq
Bürünc medal görüşü - Arif Niftullayev - Mikail İosifidis (GRE) / Vladen Kozliuk (UKR)
1/2 final - Arif Niftullayev - Georgi Melia (GEO) 4:7
1/4 final - Arif Niftullayev - Yan Zirn (GER) 6:0

Azərbaycan Güləş Federasiyasının məlumatı