Rodri üçün danışıqlar irəlilədi – “Barselona”dan 65 milyonluq paket

“Barselona” “Mançester Siti”nin ispaniyalı yarımmüdafiəçisi Rodrinin transferi üçün danışıqları davam etdirir.

Sportline.az “Team Talk" nəşrinə istinadən xəbər verir ki, klublar arasında danışıqların artıq irəliləmiş mərhələdə olduğu və Kataloniya təmsilçisinin bonuslarla birlikdə 65 milyon funt sterlinq civarında paketlə razılaşma əldə etməyə çalışdığı bildirilir.

“Real Madrid”in də Rodri ilə maraqlandığı və “Mançester Siti” ilə ilkin təmaslar qurduğu qeyd olunur. Lakin futbolçunun “Barselona” variantına üstünlük verdiyi vurğulanır.