"Tottenhem"də yeni müqavilə

“Tottenhem” müdafiəçisi Miki van de Venlə müqavilənin müddətini uzadıb.

Sportline.az xəbər verir ki, London klubu niderlandlı futbolçu ilə yeni sözləşmə imzalandığını rəsmən açıqlayıb.

Van de Ven “Tottenhem”ə 2023-cü ilin avqustunda Almaniyanın “Volfsburq” klubundan transfer olunub.

Qeyd edək ki, niderlandlı müdafiəçi 2024/2025 mövsümündə “Tottenhem”in heyətində UEFA Avropa Liqasının qalibi olub.