Azərbaycan damaçısı Avropa çempionu olub

Estoniyanın Tallin şəhərində gənclər arasında (27 yaşa qədər qızlar və oğlanlar) Avropa çempionatına yekun vurulub.

Sportline.az xəbər verir ki, mötəbər yarışda Azərbaycanı dəfələrlə beynəlxalq yarışların mükafatçısı Əli Banu və milli komandanın məşqçısi, milli qrossmeyster Elşad Mürsəlov təmsil edib.

Əli Banu klassik turnirdə 12 xalla Avropa çempionu adını, sürətli damada isə 12 xalla bürünc medal qazanıb.

Qeyd edək ki, idmançımız bu nəticə ilə FMJD (Beynəlxalq Dama Federasiyası) ustası adına layıq görulüb.