"Sabah"ın pley-offdakı rəqibi məlum oldu

Azərbaycan təmsilçisi "Sabah"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqib müəyyənləşib.

Sportline.az xəbər verir ki, bu, "Hapoel" (Ber-Şeva) olub.

İsrail təmsilçisi 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Srvena Zvezda"ya (Serbiya) 2:0 hesabı ilə qalib gəlib. Bu komandalar arasında ilk görüşdə də "Hapoel" qələbə qazanmışdı - 1:0. Beləliklə, sözügedən kollektiv pley-offda "Sabah"la qarşılaşacaq.

Xatırladaq ki, "Sabah" 3-cü təsnifat mərhələsində Danimarka "Orhus"unu üstələyib (1:2, 4:0).

Qeyd edək ki, "Sabah" "Hapoel"lə ilk oyunu avqustun 19-da səfərdə keçirəcək. Matç Bakı vaxt ilə saat 23:00-da başlayacaq. Cavab görüşü isə avqustun 25-də Masazırda oynanılacaq və saat 20:45-də start götürəcək. 

"Srvena Zvezda" (Serbiya) - "Hapoel" (Ber-Şeva, İsrail) - 0:2

Qollar: Zlatanoviç, 61, East, 79

İlk oyun - 0:1