İlham Zəkiyev vitse-prezident seçildi

Bu gün Milli Paralimpiya Komitəsinin  V hesabat-seçki yığıncağı keçirilib. Sportline.az xəbər verir ki, toplantıda İlqar Rəhimov yenidən Milli Paralimpiya Komitəsinin prezidenti, Natiq Qasımov I vitse-prezident, ikiqat paralimpiya çempionu İlham Zəkiyev vitse-prezident, Şaiq Həmidov isə baş katib vəzifələrinə seçilib.