İlin ən yaxşı hakimləri

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2016-cə ilin ən yaxşı hakimlərinin siyahısını tərtib edib. SportLine.az xəbər verir ki, 56 ölkədən jurnalist və idman mütəxəssislərinin iştirak etdiyi sorğu əsasında hazırlanan cədvəldə ingiltərəli referi Mark Klattenburq zirvədə qərarlaşıb. O, 141 səs toplayıb. 

Nikola Ritsoli (İtaliya) 2-ci, Viktor Kaşşai (Macarıstan) üçüncü olub.

Türkiyəli Cüneyt Çakır isə siyahının 5-ci pilləsində qərarlaşıb.