İlin ən yaxşı məşqçisi
FİFA 2016-cı ilin ən yaxşı məşqçisinin adını açıqlayıb. SportLine.az xəbər verir ki, İngiltərə Premyer Liqasında "Lester"ə tarixində ilk dəfə çempionluq sevinci yaşadan Klaudio Ranyeri bu nominasiyanın qalibi olub.
Qeyd edək ki, ilin ən yaxşı məşqçisi adına digər namizədlər Zinəddin Zidan ("Real") və Fernandu Santuş (Portuqaliya) idi.