İlkay Gündoğan: "Mançester Siti"də xoşbəxtəm"

"Mançester Siti"nin futbolçusu İlkay Gündoğan klubda xoşbəxt olduğunu açıqlayıb.

Sportline.az insayder Fabritsio Romanonun paylaşımına istinadən xəbər verir ki, futbolçu klubdan ayrılmaq niyyətində olmadığını deyib.

"Mançester Siti"də xoşbəxtəm, bunu hərkəs bilir. Rəqabəti sevirəm və futboldan zövq alıram", - deyə İlkay bildirib.