İlkay Gündoğan rəsmən "Mançester Siti"də

"Borussiya"nın (Dortmund) türk əsilli futbolçusu İlkay Gündoğanın "Mançester Siti"yə keçidi rəsmiləşib. Sportine.az xəbər verir ki, yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. 

27 milyon avro müqabilində "şəhərlilər"ə keçən İlkay təəssüratlarını bölüşüb: "Çox həyəcanlıyam. Dortmundda yaxşı günlər keçirdim. Kluba və azarkeşlərə geridə qalan möhtəşəm beş ilə görə təşəkkürümü bildirirəm. Karyeramda yeni səhifə açlır. "Mançester Siti" forması ilə meydana çıxmağa səbrsizlənirəm".

Qeyd edək ki, 25 yaşlı futbolçu "Borussiya"da keçirdiyi beş mövsüm ərzində 157 dəfə meydana çıxıb. Gündoğan 16 dəfə də Almaniya millisinin formasını geyinib. Dizindəki zədə səbəbilə fuutbolçu "Avro-2016"da çıxış edə bilməyəcək.