İlqar Qurbanovun "Qəbələ"yə keçidi bu səbəbdən alınmayıb

"Qarabağ"la yolları ayrılan İlqar Qurbanovun "Qəbələ"yə transferi alınmayıb. Sportline.az xəbər verir ki, adı sözügedən klubla yanaşı hallanan futbolçu, karyerasını ölkə xaricində davam etdirmək niyyətindədir. 31 yaşlı müdafiəçinin Türkiyə I Divizionu komandalarından birinə keçəcəyi bildirilir. Xatırladaq ki "Fənərbağça"nın yetirməsi olan İlqar Qurbanov vaxtilə Türkiyənin “Sivasspor”, “Boluspor” və “Mesin İdman Yurdu” klublarının şərəfini qoruyub.