"İmarət Tayfa" fan-klubu Ağdamda

"Qarabağ"ın və ölkənin ən böyük azarkeş qruplarından olan "İmarət Tayfa" onilliyini Ağdamda da qeyd edib.

Sportline.az xəbər verir ki, dünən səhər Bakıdan Ağdama yola düşən azarkeş qrupunu orada İcra başçısı qarşılayıb. Bununla yanaşı N saylı hərbi hissəyə gedən azarkeşlər, əsgərlərlə görüşüb, daha sonra onlarla birlikdə tədbirə yollanıblar. Bu haqda məlumatı bizə "İmarət"in idarə heyətinin üzvü Elnur Quliyev məlumat verdi. 

Elnur bəy Sport7.az-a açıqlamasında "İmarət"in Ağdama səfəri haqda bunları söylədi: "Dünən səhər saatların 3 böyük avtobusla Ağdama getdik. Orada bizi İcra Başçısı şəxsən qarşıladı və nə köməklik lazımdısa etməyə hazır olduğunu bildirdi. Cəbhə bölgəsində əsgərlərlə görüşmək istəyimizi bildirdik. Əvvəlcədən icazə aldığımız "N" saylı hərbi hisəyə getdik. Başçı da xüsusi yol polisi ayırmışdı, bizi müşaiyət etdilər və kalonla hərbi hissəyə getdik. Əsgərlər artıq bizi gözləyirdi. Komandir heyəti bizi təqdim etdi. Hətta dedilər ki, bizim üzvlərimizdən biri bu hərbi hissədə əsgər kimi xidmət edib. Həmin azarkeşimiz də orada idi və komandirlə görüşdü. Əsgərlərə meyvə, geyim və sair almışdıq, hamısını təqdim etdilər. Onların qaldığı, yatdığı yerlə tanış olduq. Çox gözəl şərait yardıblar əsgərlərə. Hər şey yüksək səviyyədədi. İdman etməkdən tutmuş digər məsələlərə qədər hər şeylə təmin olunublar. Daha sonra bir sıra üzvlərimiz hərbi hissədə əsgərlərlə futbol oynadılar. Qalan hissəsi isə Ağdamdakı mədəniyyət sarayında keçirilən tədbirə, konsert proqramına yollandı. Sarayın müğnniləri, ansanblı ilə yanaşı Qarabağ qaziləri və İcra Başçısının müavini də çıxış etdi. Daha sonra bizi yenidən süfrə arxasına dəvət etdilər, amma Bakıya qayıtmalı olduğumuz üçün bunu edə bilmədik. İcra Başçısından çox razıyıq, bizi yaxşı qarşıladılar. Elə Ağdam camaatı da ondan razıdı. Yeri gəlmişkən "Qarabağ"ın veteran futbolçusu Müşviq Hüseynov bizimlə Ağdama getdi, əsgərlərlə görüşüb şəkil çəkdirdi". sport7.az