İngiltərə klubları Bardcini istəyir

"Barselona"nın futbolçusu Roni Bardci karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Brayton", "Kristal Pelas", "Everton", "Nottingem Forest" və "Sanderlend" 20 yaşlı sağ cinah vingeri ilə yaxından maraqlanır.

Bu haqda "El Nacional" nəşri məlumat yayıb.

Qeyd edək ki, R.Bardci cari mövsüm meydana çıxdığı 13 matçda 1 qol, 2 asistlə yadda qalıb.