İngiltərə klubları Endriki transfer etmək istəyir
"Real Madrid"in forvardı Endrik karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Aston Villa" və "Vest Hem Yunayted" sözügedən futbolçunu icarə əsasında transfer etmək istəyir.
"Brayton" klubu isə Endriki birdəfəlik transfer etməyi planlaşdırır.
Qeyd edək ki, Brazilya millisinin üzvü bu mövsüm meydana çıxmayıb.