İngiltərə klubları "Real"ın hücumçusuna göz qoydu
"Real Madrid"in ispaniyalı forvardı Qonzalo Qarsiya İngiltərə klublarının diqqət mərkəzindədir.
Sportline.az xəbər verir ki, bu haqda "Mail Sport" nəşri məlumat yayıb.
21 yaşlı futbolçu ilə "Lids Yunayted" və "Brayton" klubları yaxından maraqlanır.
Qeyd edək ki, Q.Qarsiya cari mövsüm meydana çıxdığı 15 oyunda 4 qol, 2 asistlə yadda qalıb.