İngiltərə klublarında koronavirus

İngiltərə Premyer Liqasının rəsmi saytı futbolçuların və klub işçilərinin koronavirus testinin birinci mərhələsinin nəticələrini açıqlayıb.

Sportline.az xəbər verir ki, Premyer Liqada çıxış edən 3 klubun 6 üzvündə COVID-19 aşkarlanıb.

Xəstəliyə yoluxanlar arasında həm futbolçu, həm də klub işçilərinin olduğu bildirilib. Ancaq onların adları açıqlanmayıb. Həmin şəxslər 7 gün karantində olacaq.

Ümumikdə 748 nəfərin testdən keçdiyi açıqlanıb.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında klubların bu gündən kiçik qruplar şəklində məşqlərə başlamasına icazə verilib.