İngiltərə kuboku: Oyunların vaxtı bəlli oldu

İngiltərə Futbol Assosiasiyası ölkə kubokunda oyunların yeni təqvimini açıqlayıb.

Sportline.az xəbər verir ki, 1/4 final mərhələsinin oyunları 27-28 iyun, yarımfinal matçlarının isə 11-12 iyulda keçirilməsi planlaşdırılır. Kubokun finalı isə avqustun 1-nə təyin edilib. 


1/4 finalın cütləri

"Lester" - "Çelsi"

"Nyukasl" - "Mançester Siti"

"Şeffild Yunayted" - "Arsenal"

"Norviç" - "Mançester Yunayted"