İngiltərə nəhəngi Kamavinqaya elçi düşüb

"Liverpul" "Real Madrid"in fransalı yarımmüdafiəçisi Eduardo Kamavinqanı transfer etməyə çalışır.

Sportline.az xəbər verir ki, Mersisayd klubu bu keçid üçün qarşı tərəfə 60 milyon avro ödəməyə hazırdır.

Bu haqda "E-Noticies" nəşri məlumat yayıb.

Qeyd edək ki, Kamavinqanın "Real"la sözləşməsi 2029-cu ilin yayına qədərdir.