İngiltərə nəhəngi "Trabzonspor"un futbolçusuna göz qoydu
"Mançester Yunayted" "Trabzonspor"un 19 yaşlı futbolçusu Krist İnao Oulainini transfer etməkdə israrlıdır.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu afrikalı yarımmüdafiəçi üçün 35 milyon avro ödəməyə hazırdır.
Gənc oyunçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 10 matçda 2 qol, 3 asistlə yadda qalıb.
Qeyd edək ki, K.İnao Oulainin meneceri bu həftə İngiltərə klubunun rəhbərliyi ilə görüşəcək.