İngiltərə nəhəngləri Arda Gülerin izinə düşüb
"Real Madrid"in türkiyəli futbolçusu Arda Güler İngiltərə nəhənglərinin radarına düşüb.
Sportline.az "Defensa Central" nəşrinə istinadən xəbər verir ki, "Arsenal" və "Mançester Siti" 20 yaşlı yarımmüdafiəçini transfer etmək istəyən klubların siyahısında yer alır.
Madrid klubunun rəhbərliyi Ardanın çıxışından razıdır. Bu səbəbdən oyunçunu satmaq niyyətində deyil.
Qeyd edək ki, sözügedən futbolçu cari mövsüm meydana çıxdığı 22 matçda 4 qol, 8 məhsuldar ötürmə müəllifi olub.