İngiltərə nəhəngləri Kenanı transfer etmək istəyir

"Yuventus"un türkiyəli futbolçusu Kenan Yıldız mövsümün sonunda komandasını dəyişə bilər.

Sportline.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "Mançester Yunayted", "Liverpul" və "Çelsi" Kenanı transfer etmək niyyətindədir.

İtaliya klubu 19 yaşlı futbolçu üçün 50 milyon avro tələb edir.

Qeyd edək ki, Kenan Yıldız "Bavariya" yetirməsi sayılır. O bu mövsüm çıxış etdiyi 41 matçda 6 qol və 4 asistlə yadda qalıb.

Kenanın "Yuventus"la müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.