İngiltərədə VAR sistemi ləvğ oluna bilər

Növbəti ay Premyer Liqa klubları arasında  VAR-ın istifadəsi ilə bağlı səsvermə keçiriləcək.

Sportline.az "The Athletic"ə istinadla xəbər verir ki, növbəti mövsüm İngiltərə Premyer Liqasında çıxış edəcək komandalar məsələni müzakirə etmək üçün bir araya gələcəklər.

Premyer Liqa rəsmiləri VAR sisteminin davam etməsini istəsə də, bəzi klublar buna qarşı çıxır. "Vulverhempton" hesab edir ki, VAR

azarkeşlər və komandalar arasında futbol münasibətlərini korlayır.

Qeyd edək ki, Çempionşipdən elitaya vəsiqə qazanan "Lester Siti" və "İpsviç Taun" da bu iclasda iştirak edəcəklər.