İngiltərədən "Bundestim"ə şok zərbə
Almaniya və İngiltərə milliləri yoldaşlıq görüşündə qarşılaşıb. SportLine.az xəbər verir ki, görüş gözlənildiyi kimi gərgin mübarizə ilə yadda qalıb.
"Bundestim" oyunun gedişində iki top fərqi ilə öndə olsa da, üstünlüyü qoruya bilməyib. Rəqib qapısına üç dəfə yol tapan İngiltərə seçməsi qarşılaşmadan qalib ayrılıb.
Almaniya - İngiltərə - 2:3
Qollar: Kroos, 43 (1:0), Qomez, 57 (2:0), Keyn, 61 (2:1), Vardi, 74 (2:2), Dayer, 90+1 (2:3)