İngiltərənin nəhəng klubları Boveni istəyir
"Vest Hem"in futbolçusu Carred Boven yayda komandasını dəyişə bilər.
Sportline.az xəbər verir ki, "Liverpul", "Mançester Yunayted" və "Çelsi" 29 yaşlı oyunçunu heyətinə qatmağı düşünür.
Bu haqda "The Guardian" nəşri məlumat yayıb.
Qeyd edək ki, C.Boven cari mövsüm meydana çıxdığı 41 matçda 10 qol, 11 asistlə yadda qalıb.