İnsinye ölkəsinə qayıdır

İtaliya millisinin və “Napoli”nin sabiq hücumçusu Lorenzo İnsinye karyerasını yenidən “Peskara Kalço”da davam etdirə bilər.

Sportline.az xəbər verir ki, hazırda azad agent statusunda olan 34 yaşlı futbolçunun yaxın zamanda “Peskara Kalço”ya keçidi gündəmdədir.

Bu transfer İnsinye üçün simvolik məna daşıyır, çünki o, 2011/12 mövsümündə məhz bu klubda çıxış edərək İtaliya futbolunda ad qazanmağa başlamışdı.