"İnter" 11 futbolçusu ilə müqavilə yenilədi

Bakının “İnter” klubu növbəti mövsüm üçün heyətini gücləndirməkdə davam edir.

SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Səlahət Ağayev, Denis Silva Kruz, İlkin Qırtımov, Slavik Alxasov, Samir Zərgərov, Abbas Hüseynov, Tərlan Quliyev, Ağabala Ramazanov, Elnur Abdullayev, Pərdis Fərcad-Azad və Rauf Əliyevlə yeni müqavilələr imzalayıb. 

Xatırladaq ki, bundan öncə Şahin Zəkiyev, Sərtan Taşkın, Aqşin Quluzadə, Mirhüseyn Seyidov və Nizami Hacıyevin müqaviləsi artırılmışdı.

Banner