"İnter" "Atalanta"ya təklif göndərib

"İnter" "Atalanta"nın nigeryalı futbolçusu Ademula Lukman üçün rəsmi təklif göndərib.

Sportline.az jurnalist Canluka Di Marzionun məlumatına istinadən xəbər verir ki, Milan klubu 27 yaşlı hücumçu üçün 42+3 milyon avro təklif edib.

"Atalanta"nın rəhbərliyi bu təklifə cavab verməyib.

Qeyd edək ki, Lukman ötən mövsümü 40 matçda 20 qol 6 asistlə tamamlayıb.