"Qəbələ" qələbəni əldən verdi, "İnter" qalib gəldi
Topaz Premyer Liqasında 29-cu tur davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə daha iki qarşılaşma keçiriləcək.
Son turlar inamlı təsir bağışlayan AZAL "İnter"in qonağı olacaq. Hazırda 4-cü pillədə qərarlaşan "bankirlər" "təyyarəçilər"lə görüşdə məğlub olmasalar, "Kəpəz"i keçəcəklər. AZAL isə qələbə qazanmaqla "Qəbələ"yə çata bilər.
Digər oyunda "Qəbələ" "Sumqayıt"ın qonağı olacaq. Çempionatın ilk üç dövrəsində rəqibinə qalib gələ bilməyən "Sumqayıt" bu matçda azarkeşlərini sevindirmək niyyətindədir. "Radarlar" isə yuxarı pillələr uğrunda mübarizədə geri düşməmək üçün 3 xal arzusundadırlar.
09 aprel 2016
TPL, 29-cu tur
“Sumqayıt” – “Qəbələ” - 1:1
QOLLAR: Pərdis Fərcad-Azad, 85 (pen.) - Aleksey Qay, 66
Mövsümün əvvəlki oyunları: 0:1, 2:2, 0:1
Hakimlər: Ömər Paşayev, Elman Musayev, Vüqar Bayramov, Rəvan Həmzəzadə
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
“İnter” – AZAL - 1:0
QOL: Vüqar Nadirov, 64 (1:0)
Mövsümün əvvəlki oyunları: 1:0, 2:0, 0:0
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Kamran Bayramov, Fariz Yusifov
Hakim-inspektor: Məlik Həsənov
“İnter Arena”