"İnter" çempionluğa gedir

Futbol üzrə İtaliya A Seriyasında XXVI turun mərkəzi görüşü "İnter" və "Atalanta" komandaları arasında keçirilib.

Sportline.az xəbər verir ki, Milan şəhərindəki "Cüzeppe Meatsa" stadionunda təşkil olunmuş qarşılaşmadan meydan sahibləri qalib ayrılıb - 1:0. Yeganə qolu 54-cü dəqiqədə Milan Şkrinyar vurub.

Bu qələbədən sonra xalını 62-yə çatdıran "İnter" liderliyini möhkəmlədib. "Atalanta" isə 49 xalla 5-cidir.