"İnter" danimarkalı futbolçu ilə maraqlanır

"Leççe"nin danimarkalı futbolçusu Patrik Dorqu klubdan ayrılmağa yaxındır.

Sportline.az insayder Canluka Di Marzionun məlumatına istinadən xəbər verir ki, "İnter" P.Dorqu üçün "Leççe"yə rəsmi təklif göndərib.

20 yaşlı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 20 milyon avrodur.

Qeyd edək ki, Dorqu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 22 matçda 3 qol və 1 asistlə yadda qalıb.