"İnter" də Türkiyəyə gedir
Bakının "İnter" klubu qış təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirəcək.
SportLine.az xəbər verir ki, komanda yanvarın 10-da bir araya gələrək Türkiyəyə yollanacaq. Zaur Svanadzenin komandası hazırlıq çərçivəsində 3-4 yoxlama oyunu keçirməyi planlaşdırır.