"İnter" debütantı xalsız qoydu
Bu gün Topaz Premyer Liqasında 3-cü tur start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Çempionatın debütantı "Səbail" "İnter"in qonağı olacaq. İlk iki turda xal üzünə həsrət qalan "bankirlər", bu dəfə azarkeşlərini sevindirmək niyyətindədirlər. "Səbail" isə "Neftçi" üzərində qələbənin təsadüfi olmadığını sübut etməyə çalışacaq.
25 avqust 2017
TPL, 3-cü tur
“İnter” - “Səbail” - 1:0
QOL: Nizami Hacıyev, 4 (1:0)
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Rahil Ramazanov, Ramil Diniyev
“İnter Arena”